Azərbaycan prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan Maliyyə nazirinin müavini təyin olunub.
Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, Emin Hüseynov indiyə qədər “ADA” Universitetinin təhsil və strateji məsələlər üzrə prorektoru işləyib.
O, ABŞ-ın Florida universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb. 2009-cu ildə isə Harvard Universitetinin idarəçilik ixtisasını bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə Dünya Bankının Azərbaycan bölməsində iqtisadçı kimi başlayıb. 2001-2003-də İMF-in Bakı bürosunda çalışıb.
2003-2005-də yenidən Dünya Bankına qayıdıb. 2005-dən Mərkəzi Bankda Departament rəhbəri olub. E.Hüseynov Azərbaycanda makroiqtisadiyyat üzrə azsaylı mütəxəssislərdən biridir.
12:21
Maliyyə Nazirliyində yeni təyinat var.
Oxu.Az xəbər verir ki, Fins.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub.
Nazirliyin mətbuat xidmətindən bu məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, E.Hüseynov bundan əvvəl Azərbaycan Mərkəzi Bankında və Dünya Bankında çalışıb.