Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təqdimatını keçirib.
Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Dövlət Proqramının əhəmiyyətindən danışıb:
“Proqramın həyata keçirilməsi qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyasına, sənaye məhsullarının ixracının artımına, sənaye istehsalında regionların payının yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşməsinə xidmət edəcək”.
Qeyd edək ki, Dövlət Proqramında sənayenin 24 istiqaməti üzrə inkişaf müəyyənləşdirilib.