Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin sentyabr ayında Novorossiysk limanından 169 min 775 ton neft ixrac edib. Bu da cari ilin iyul ayının göstəricisindən 2 min 64 ton çoxdur.
Bu barədə SOCAR-dan Oxu.Az-a bildirilib.
Bundan başqa, şirkət qeyd edib ki, yanvar-sentyabr aylarında Ceyhan limanından 13 milyon 108 min 589 ton xam neft ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,2% azdır:
“Supsa limanından 169 min 479 ton, Ceyhan limanından 1 milyon 836 min 547 ton xam neft ixrac edilib. Ümumilikdə, yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 100 min 446 ton, Supsa limanından 2 milyon 33 min 539 ton, Ceyhan limanından isə 13 milyon 108 min 589 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir”.
SOCAR sentyabrda dünya bazarında xam neftin qiymətlərini də açıqlayıb:
“Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 47,61 dollara, Urals nefti - 47,19 dollara,BTC FOB Ceyhan tipli xam neft isə 49,04 dollara satılıb”.
Bundan başqa, şirkətdən qeyd olunub ki, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin sentyabr ayında 56 min 484 ton dizel yanacağı, 18 min 727 ton təyyarə yanacağı ixrac edib.
“Ümumilikdə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 707 min 282 ton dizel yanacağı, 178 min 194 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. 2015-ci ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 502,77 dollar, təyyarə yanacağının - 466,90 dollar, dizel yanacağının - 449,25 dollar, 1% kükürdlü mazutun qiyməti 220,76 dollar təşkil edib” - deyə, SOCAR-dan bildirilib.
Qeyd edək ki, SOCAR 2015-ci ilin 9 ayında dünya bazarlarına 885,756 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 27,4% azdır.
Ülviyyə R. Əli
www.oxu.az