2015-ci ilin yanvar-fevral ayları ərzində 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 8 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 5 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 7 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta haqlarının artımı, 11-də isə azalması baş verib.
Oxu.Az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, ümumilikdə 27 sığorta şirkətindən 10-da ödənişlərin məbləği 1 milyon manatdan çox, 4 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 8 şirkətdə 100 min manatdan 500 min manata qədər, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır.
Qeyd edək ki, şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.