“Azərqarant Sığorta” ASC-nin könüllü qaydada ləğv edilməsi ilə əlaqədar cəmiyyət tərəfindən qərar qəbul edilərək bu haqda qanunvericiliyə uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edilib”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Palatadan bildirilib.
“Müraciət hazırda Palatada baxılmaqdadır və cəmiyyətə verilmiş lisenziyanın ləğv edilməsi ilə bağlı hələlik qərar qəbul edilməyib”, - deyə MBNP-dan qeyd edilib.
Qeyd edək ki, bir müddət öncə şirkətin idarə heyətinin sədri Rəşad Məmmədov mətbuata açıqlamasında cəmiyyətin kapital çatışmazlığı səbəbi ilə noyabrın 1-dən fəaliyyətini dayandırdığını bildirmişdi.
U.A.
www.oxu.az