“Atəşgah” sığorta şirkətinin bu ilin yanvar-oktyabr ayları üzrə nəticələri məlum olub.
Oxu.Az xəbər verir ki, sığorta şirkətinin yığımları 14,5% azalaraq 32,14 milyon manat olub.
Halbuki, ötən ilin eyni dövründə ümumi yığımların həcmi 37,60 milyon manat təşkil etmişdi. Sığorta şirkətinin sentyabr ayı ilə müqayisədə oktyabrda yığımları 2,78 milyon manatdan 1,90 milyon manata kimi azalıb.
“Atəşgah” sığorta şirkətinin yığımları ilə yanaşı, ödənişləri 0,8% azalaraq 12,95 milyon manata düşüb. Ötən ilin eyni dövründə bu rəqəm 13,06 milyon manat olub. Sığorta şirkətinin oktyabr ayı üzrə ödəniş xərcləri isə 1,53 milyon manat təşkil edib.
10 ayın nəticələrinə əsasən, yığımlardakı azalma zərərliliyi də artırıb. Ötən ilin yanvar-oktyabr aylarında sığorta şirkəti topladığı hər 100 manatdan 34,7 manatını ödəniş olaraq vermişdisə, bu ilin eyni dövründə bu rəqəm 40,3 manata yüksəlib.
“Atəşgah Sığorta”dan isə yığımların azalması ilə bağlı açıqlama verməkdən imtina ediblər.
Mənbə: Fins.az
U.A.
www.oxu.az