2015-ci ilin yanvar ayına olan məlumata görə, sığorta şirkətləri könüllü sığortalar üzrə cəmi 50 milyon 883 min 723,88 manat qazanıb. Könüllü sığorta ümumi sığortanın 80,9%-ni təşkil edir.
Bu barədə Oxu.Az-a Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Məlumata görə, 7 milyon 547 min 762,09 manat isə könüllü sığorta növləri üzrə sığorta ödənişlərinin payına düşüb.
Məlumat üçün bildirək ki, icbari sığortalarda isə 12 milyon manat sığorta haqqı toplanılıb, bu da ümumi qazancın 19,1%-ni təşkil edir. Bu sığorta növü üzrə 2 milyon 774 min 772,84 manat isə sığorta ödənişi edilib. Bu da ödənilən ümumi məbləğin təxminən 26,8%-i deməkdir.
Qeyd edək ki, könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqı müqabilində 14,8 manat ödəniş həyata keçirilib.
www.oxu.az