“Şimal Axını” qaz kəməri sentyabrın 22-nə qədər təmirə dayanıb.
Oxu.Az xəbər verir ki, bu texniki təmir Nord Stream AG şirkəti tərəfindən hər il həyata keçirilir.
Qeyd edək ki, ilin əvvəlində beynəlxalq reytinq agentliyi “Moody's” ABŞ-ın sanksiyaları səbəbindən “Şimal Axın-2”, eləcə də, “Türk Axını” qaz kəmərlərinin inşası ilə bağlı işlərin ləngiyəcəyini açıqlamışdı.
Hazırda Rusiya avropalı tərəfdaşları ilə “Şimal Axın”ı kəməri ilə qazın ötürülməsi məsələlərini müzakirə edir. Layihə çərçivəsində Rusiyadan Baltik dənizi ilə Almaniyaya ildə ümumi ötürücülük gücü 55 milyard kubmetr olan iki kəmərin inşası nəzərdə tutulur.
L.Ə.