“DəmirBank”ın “Şimşək” sistemi vasitəsilə ölkədaxili pul vəsaitini komissiyasız şəkildə köçürmək mümkündür.
Belə ki, 5-9 sentyabr 2016-cı il tarixlərində “DəmirBank”ın region filiallarından Bakı şəhər filiallarına “Şimşək” pulköçürmə sistemi vasitəsi ilə 3000 AZN/USD/EUR-dək və Bank-ın Bakı şəhər filiallarından region filiallarına 1000 AZN/USD/EUR-dək pul köçürən müştərilərdən heç bir komissiya haqqı tutulmur.
Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər. “Şimşək” pulköçürməsində maksimal məbləğ 100 min AZN/USD/EUR-dur.
“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pulköçürmə xidmətlərini təklif edir. Bank beynəlxalq pulköçürmələrini “Zolotaya Korona”, “Western Union”, “Blizko”, “PrivatMoney”, UPT, “Leader”, “Forsaj” sistemləri ilə həyata keçirir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149