“SOCAR Energy Georgia” Gürcüstanın kəndlərinin qazlaşdırılmasına start verib. Bu məqsədlə dövlət büdcəsindən 19 milyon lari, yaxud (8 milyon manat) vəsait ayrılıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Bu günlərdə Gürcüstanın Kaspi bələdiyyəsinə aid Vake kəndinə təbii qazın verilməsinə başlanılıb. Kaspi bələdiyyəsinə daxil olan ümumilikdə 10 kəndin, o cümlədən Vake, Axalşeni, Qoraka, Xviti, Tvaurebi, Karafila, Saribari, Zadiaantkari, Sokarintlo və Pantiani kəndlərinin qazlaşdırılması dövlət proqramı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Qori, Kareli, Kaspi, Xaşuri və Zuqdidi bələdiyyələrinin 58 kəndində aparılan qazlaşdırma işləri nəticəsində 13 000 ailə təbii qazla təmin olunacaq.