Cənub Qaz Dəhlizi layihəsinin 30%-i artıq hazırdır.
Oxu.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ilk qaz Avropaya nəql olunmaq üçün hazırdır:
“Artıq layihə çərçivəsində 23 ölkədən 162 tədarükçü ilə dəyəri 10 mlrd. ABŞ dolları olan müqavilələr imzalanıb, layihə üzərində 9,5 min nəfərdən artıq insan çalışır.
“Şahdəniz” yatağında 7 sualtı quyunun qazılması prosesi yekunlaşıb və ilk qaz Avropaya nəql olunmaq üçün hazırdır”.
“Gürcüstanda kompressor stansiyasının tikintisi və boru kəmərlərinin inşası işləri sürətlə davam etdirilir” - deyə, o qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az