Ümumi dəyəri 3 mlrd. 6 mln. dollar olan layihələr üzrə sənaye parklarına indiyədək 2 mlrd. 6 mln. dollaradək investisiya yatırılıb.
Oxu.Az xəbər verir ki, bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov bildirib.
O qeyd edib ki, sənaye zonalarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.
N.Talıbov hazırda Sənaye Parkında səkkiz müəssisənin fəaliyyət göstərdiyini deyib.
O, 2018-ci ilin sonunadək daha yeddi müəssisənin, o cümlədən “SOCAR Polymer”in Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun istifadəyə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
L.Ə.
www.oxu.az