Bir neçə müddət öncə mebel istehsalı sahəsində fəaliyyətə başlayan “Qardaşlar Mebel” şirkəti qısa müddət ərzində beynəlxalq standartlara uyğun fabrik quraraq müştərilərə xidmət göstərməyə başlamışdır. Başlıca hədəflərini müştəri məmnuniyyəti edərək istər istehsalatda, istərsə də xarici partnyorlarıyla uğurlu əlaqələr yaratmışdır.
Hazırda əməkdaşlıq etdikləri İtaliya, Türkiyə, Ukrayna, Rusiya və s. ölkələrin tanınmış şirkətləridir. Bu da son deyil, “Qardaşlar Mebel” daim əlaqələrini genişləndirərək müştərilərinə daha yaxşı xidmət edə bilmək üçün çalışır.
Ölkəmizdə bir çox dövlət və özəl müəssisələr öz maddi-texniki bazasını yeniləyərkən məhz “Qardaşlar Mebel” şirkətinə etibar edir. Şəffaflıq siyasətini rəhbər tutaraq istər fabrikin maddi texniki bazasını, istərsə partnyorluq əlaqələrini qurarkən, istərsə də istehsalatımızdan ayrı-ayrı yenilikləri daim müştərilərilə öz vebsaytı olan www.qardashlar-3.az internet səhifəsində, eləcə də “Facebook” və “Instagram” kimi sosial şəbəkələrdə paylaşır.
Bu qısa fəaliyyətin yekununda “Qardaşlar Mebel” şirkəti İSO 9001 beynəlxalq sertifikatına sahibdir və keyfiyyətin idarəetmə sistemini müvəffəqiyyətlə qurmuşdur.
Bu ildən etibarən yeniliklərimizlə müştərilərin qarşısında olacağıq. Hədəflərini dəyişməsə də, məqsədlərini daha da böyüdən “Qardaşlar Mebel” şirkəti dünyaya “Azərbaycan məhsulu” brendinin çatdırılmasında öz töhfəsini verməyə çalışacaq.
U.A.
www.oxu.az