“Yaxın 1,5 il ərzində (2018 - red.) avro pul vahidi kimi ləğv ola bilər”.
Oxu.Az “BBC” agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ-ın Avropa İttifaqında (Aİ) təyin edilməsi gözlənilən yeni səfiri, professor Ted Mallok (Ted Malloch) çıxış edib.
Mallok bu il Niderland, Fransa və Almaniyada keçiriləcək seçkilərin nəticələrinin Aİ-yə ciddi zərər verəcəyini deyib:
“Şəxsən mən əmin deyiləm ki, Aİ mövcudluğunu davam etdirəcək. Buna görə də Aİ ilə ticarət danışıqlarına ehtiyac yoxdur”.
U.A.
www.oxu.az