Çilidə meşə yanğınları davam edir.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir, ölkənin daxili işlər naziri Mario Fernandes insan tələfatının olduğunu təsdiqləyib.
Hadisə nəticəsində 6 nəfər ölüb. Ölənlər arasında bir yanğınsöndürən və iki hərbçi var. Hazırda Çili meşələrinin 200 min hektarı alova bürünüb. Alovla 4 min yanğınsöndürən və hərbçi mübarizə aparır. Çili prezidenti Mişel Baçelet bu yanğını ölkə tarixində ən dəhşətli yanğın adlandırıb.
N.O.
www.oxu.az