Tikinti sektoru son illərdə ən sürətlə inkişaf edən sahələrdən biridir. Bakıda həyata keçirilən müxtəlif seqmentli layihələr bunu bir daha təsdiq edir.
Bakıda inşaatı həyata keçirilən premium klass yaşayış təyinatlı layihələrin tikintisi geniş vüsət alaraq öz müştərilərinə zövqlərə uyğun seçim imkanı təmin etməkdədir.
Hal-hazırda premium mənzil bazarında təklif olunan şərtlərin böyük hissəsi daxili hissəvi ödənişlərə yönəlmişdir. Belə ki, bu seqmentdə olan şirkətlərin əksəriyyəti 1 (bir) ildən 5 (beş) ilədək kredit şərtləri təklif edirlər.
PMD şirkəti tərəfindən inşaatı həyata keçirilmiş və şəhərin mərkəzində yerləşən əlverişli məkanı, yüksək keyfiyyəti ilə son illərin ən fərqli layihəsi olan Vurgun Residence Yaşayış kompleksi sərfəli şərtlərlə, tək şəxsiyyət vəsiqəsi ilə ipoteka şərtlərini təklif edir.
Vurgun Residence yaşayış kompleksi 20 il müddətinə, məhdudiyyətsiz, ilkin ödəniş minimum 10% faiz olmaqla, ipoteka ilə mənzil əldə etmək fürsətini təmin edir. Sadəcə, satış mərkəzinə yaxınlaşmaqla Vurgun Residence Yaşayış kompleksində tək şəxsiyyət vəsiqəsi ilə istədikləri mənzili seçib, uzunmüddətli ipoteka imkanlarından yararlanmaqla mənzil sahibi olmaq mümkündür.