Rusiya və Türkiyə “Türk axını” qaz kəmərinin türk-yunan sərhədinə çıxarılması imkanını nəzərdən keçirirlər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bəyan edib.
“Bəli, qaz kəmərinin türk-yunan sərhədinə çıxarılması planı var”, - Miller “Türk axını”nın Avropada davamı ola biləcəyinə dair suala cavab verərkən deyib.
Onun sözlərinə görə, “Qazprom” türk tərəfdaşları ilə Türkiyədə dəniz qaz kəmərinin tikintisini müzakirə edirlər, digər konfiqurasiyaları, əsasən də Bolqarıstana qaz kəmərinin çəkilməsini nəzərdən keçirmirlər.
N.O.