Rusiyanın “TurStat” analitik agentliyi cari ilin ilk 3 ayında xaricə gedən rus turistlərin statistikasını açıqlayıb.
Oxu.Az agentliyə istinadən xəbər verir ki, Azərbaycan göstərilən dövrdə rusiyalı turistlərin səfər etdiyi MDB ölkələri arasında ən yüksək artım nümayiş etdirib. Belə ki, 3 ay ərzində ölkəmizə 139 min nəfər rus turist gəlib. Bu da 31 faiz artım deməkdir. Rus turistlərin gəliş sayına görə Azərbaycan Türkiyəni də geridə qoyub. İlin ilk 3 ayında Türkiyəyə 138 min nəfər rus turist səfər edib.
Digər qonşularımıza gəlincə,Gürcüstana səfər edən rus turistlərin sayı135 min, Ermənistana səfər edənlərin sayı isə 65 min nəfər təşkil edib. Nəzərə alsaq ki, agentlik Abxaziyaya səfər edən rus turistlərin sayını (667 min nəfər) ayrı təsnifləşdirib, üç Qafqaz ölkəsi arasında ən çox rus turist Azərbaycana gəlib. Bundan əlavə Azərbaycan turistlərin gəliş nisbətindəki artım faizinə görə də qonşularını qabaqlayıb.
L.Ə.