Türkiyədə hərbi çevrilişə cəhd və fövqəladə vəziyyətin elan edilməsi “TransAnadolu” qaz kəmərinin (TANAP) tikintisi qrafikinə təsir etməyəcək.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu TANAP konsorsiumundan deyiblər.
Konsorsiumdan qeyd ediblər ki, layihə daha əvvəl təyin edilmiş qrafik üzrə həyata keçirilir:
“Tikintidə (qaz kəməri) yubanma yoxdur”.