Türkiyənin ROKETSAN şirkəti Azərbaycanın sifariş verdiyi 122 və 300 mm çaplı reaktiv atəş sistemlərinin çatdırılmasını bu il yekunlaşdıracaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2014 müdafiə sərgisində iştirak edən ROKETSAN şirkətinin stendindən məlumat verilib.
Şirkət rəsmilərinin sözlərinə görə, çatdırılmalar qrafik üzrə problemsiz yerinə yetirilir.
Azərbaycanın SOM “hava-yer” sinifli raketlərə də böyük maraq göstərdiyini deyən ROKETSAN nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda bu raket Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil olacaq.
F-16 döyüş təyyarələri ilə yanaşı raketin F-4 təyyarəsinə inteqrasiyası üzərində işlər aparılır. Gələcəkdə 250 km mənzilə sahib olan SOM raketlərinin MiQ-29 təyyarələrinə inteqrasiyası imkanlarına da baxılır.