Türkiyənin Statistika Təşkilatı 2017-ci ilin iyul ayı üzrə xarici ticarət əməliyyatlarının həcmini açıqlayıb.
Oxu.Az xəbər verir ki, ixracat 28.3% artaraq 12 milyard 641 milyon dollar, idxal isə 46.2% artaraq 21 milyard 484 milyon dollar olub.
İyul ayında xarici ticarətdə kəsir 82,5 artaraq 8 milyard 843 milyon dollar təşkil edib. İxracın idxala nisbəti 2016-cı ilin iyul ayında 67%-dən 2017-ci ilin iyulunda 58.8%-ə düşüb.
L.Ə.