Azərbaycandan Türkiyəyə gedənlərin sayı artıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu ölkəyə dincəlməyə gedən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,51% artıb.
2017-ci ilin yanvar-iyun ayları ərzində Türkiyəyə 306644 nəfər soydaşımız gedib.
İyun ayı ərzində Azərbaycandan Türkiyəyə 63223 nəfər səfər edib. Yanvar-iyun aylarında Türkiyəyə gedən xarici vətəndaşların sayı illik 14,05% artaraq 12 249 449 nəfərə çatıb.
Türkiyəyə səfər edən xarici vətəndaşlar arasında ilk beşlikdə Rusiya (1 692 103), Almaniya (1 246 744), Gürcüstan (1 073 271), İran (1 006 481) və Bolqarıstan (799 279) qərarlaşıb.
Qeyd edək ki, 6 ayda təkcə Antaliyaya 2 milyon rus turist səfər edib.
L.Ə.