Nüfuzlu "Markswebb" agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank xidməti seçilən "Unibank Mobile" indi daha dinamik və interaktiv olub. Təkmilləşmələrdən sonra mobil əlavədən istifadə bir qədər də rahat və dolğun informasiyalıdır. Son yeniliklər zamanı əsas səhifənin dizaynı yenilənib və yeni funksiyalar əlavə edilib. İndi smartfonunda "Unibank Mobile" əlavəsini yeniləyən hər kəs aşağıdakı yenilikləri görəcək:
- Bank kartlarının rəngli dizaynda daha ətraflı məlumatı;
- Bütün kartların ümumi balansı və kreditlər üzrə ümumi borc;
- Əsas səhifədə Ümumi bonusların cəmi və bonusları hədiyyə kuponlarına dəyişmə imkanı;
- Əsas səhifənin aşağı hissəsində rahat menyu;
- Ödənişlər üçün ekspress panel – swipe menyu. Bu menyuda həm ödənişlər, həm də köçürmələr üzrə mütəmadi edilən əməliyyatlar əks olunacaq;
- Mütəmadi ödənişlər və köçürmələr - tez-tez edilən əməliyyatların təkrar etmə imkanı;
- Xəbərlər bölməsi: burada yeniliklər və aksiyalar olacaq, hər yeni xəbər “Xəbərlər” bölməsində rəqəmlərlə qeyd olunur.
Kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyirsinizsə, ödənişlərinizi "Unibank Mobile"la edin. Qazandığınız bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirə bilərsiniz.
"Unibank Mobile" İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə "Unibank"ın mobil bank xidmətini bu linkdən (http://onelink.to/ffdbwf) yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud "Facebook" və "Twitter" səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
"Unibank" - hər kəsin bankı!
"Unibank" haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – "MBANK" (1992) və "PROMTEXBANK"-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində "Unibank" adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə "Unibank" ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir.
Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və "DEG" Almaniya İnvestisiya Şirkəti "Unibank"ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.