Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 150 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan Oxu.Az-a verilən məlumata görə, hərracda 78 milyon dollar 22 banka satılıb.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
12:11
Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirilən valyuta hərracına satışa 150 milyon dollar çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Report”a bank dairələrindən məlumat verilib.
“Report”un analitik qrupu hesab edir ki, hərrac nəticəsində dolların sabaha olan rəsmi məzənnəsinin bir qədər də ucuzlaşacağı, kommersiya banklarında dolların alış məzənnəsinin rəsmi məzənnədən də aşağı düşəcəyi gözlənilir.
U.A
www.oxu.az