Bu gün Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi 12 dəfə üstələyib.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”a bank dairələrindən məlumat verilib.
Məlumata görə, banklar hərracda 600 milyon dollardan çox vəsait əldə etmək istəyib. Son nəticədə SOFAZ-ın hərraca çıxardığı 50 milyon dollar tam həcmdə 27 banka satılıb.
12:49
Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 27 banka satılıb.
Bu barədə Neft Fondundan Oxu.Az-a bildirilib.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az