Azərbaycanın Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən valyuta intervensiyalarının mübadiləsi cari ilin birinci rübündə 536 milyon dollardan ibarət olub.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə AMB idarə heyətinin sədr müavini Xəqani Abdullayev deyib.
“Bu, normal səviyyədir. Nəzərə almaq lazımdır ki, bizdə cari əməliyyatların yetərli profisit – (yəni gəlirlər xərclərdən üstündür) mövcuddur, keçən il üçün 12 milyard olub və biz hesab edirik ki, cari ilin sonunda da bu göstərici qalacaq, belə ki, idxal həcmi böyükdür”, - Abdullayev deyib.
Onun sözlərinə görə, ölkənin valyuta bazarında təkliflər tələbatdan üstündür.
“Bizim proqnozlara görə, 2014-cü ilin nəticələri, valyuta intervensiya həcmi 1,5-2 milyard dollar olacaq”, Abdullayev əlavə edib. (Trend)