Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xocalı gil yatağı satılacaq
Xocalı rayonundakı gil yatağı hərraca çıxarılır.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Belə ki, 6 hektar ərazini əhatə edən və 100 min kubmetr həcmində olan yatağın start qiyməti 10 000 manat təyin edilib.
Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.
"Xocalı rayonu" teqi üzrə xəbərlər
- Xocalı sakini: "Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq"
- Növbəti köç karvanı Ballıcaya çatıb, ailələrə mənzillərin açarları təqdim olunub
- Şuşa, Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi
- Xocalı sakini: "Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar"
- Növbəti köç karvanı Şuşa, Xocalı və Ballıcaya çatıb
Ən çox oxunanlar