Xocalının beş kəndinə köç baş tutub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Xanabad kəndinə 10 ailə (31 nəfər), Təzəbinə kəndinə 9 ailə (39 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər) köçürülüb.
Sakinlərə evlərinin açarları təqdim olunub.
Ağdərə rayonunun Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli kəndlərinə növbəti köç karvanı çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə 96 nəfər doğma yurduna qovuşub.
Belə ki, Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər yola salınıb.
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı ünvana çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə 12 ailə doğma yurduna qovuşub.
Daha sonra ailələrə mənzillərin açarları təqdim olunub.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu gün növbəti köç karvanı artıq Bakıdan Xocalı, Ağdərə və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinə yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə ümumilikdə 65 ailə, 257 nəfər doğma yurduna qayıdır.
Belə ki, Xocalının Xanabad kəndinə 10 ailə (31 nəfər), Təzəbinə kəndinə 9 ailə (39 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə isə 1 ailə (5 nəfər) köç edib.
Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 10 ailə (34 nəfər), Vəngli kəndinə 6 ailə (26 nəfər), Həsənriz kəndinə 6 ailə (17 nəfər), Kolatağ kəndinə isə 3 ailə (19 nəfər) yola salınıb.
Bundan başqa, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 12 ailə, ümumilikdə 55 nəfərdən ibarət köç karvanı yola düşüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu gün növbəti köç karvanları Xocalı, Ağdərə və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinə yola salınır.
Bu mərhələdə ümumilikdə 65 ailə, 257 nəfər doğma yurduna qayıdır.
Belə ki, Xocalının Xanabad kəndinə 10 ailə (31 nəfər), Təzəbinə kəndinə 9 ailə (39 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə isə 1 ailə (5 nəfər) köç edir.
Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 10 ailə (34 nəfər), Vəngli kəndinə 6 ailə (26 nəfər), Həsənriz kəndinə 6 ailə (17 nəfər), Kolatağ kəndinə isə 3 ailə (19 nəfər) yola salınır.
Bundan başqa, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 12 ailə, ümumilikdə 55 nəfərdən ibarət köç karvanı yola düşür.