“Yapı Kredi Bank Azərbaycan” 2016-cı ilin 3-cü rübünün sonuna dair hesabatlarını açıqlayıb.
Oxu.Az Banker.az-a istinadən xəbər verir ki, bankın qeyd olunan dövrə zərəri 5.2 mln. manata qədər artıb.
Məlumat üçün bildirək ki, 2-ci rübün sonunda bankın zərəri 1.2 mln. manata bərabər idi.
Zərərin bir rüb ərzində 4 dəfəyə qədər artmasına səbəb, ümumi kredit portfeli üzrə vaxtı keçmiş kreditlərin təxminən 2 dəfə artması ilə əlaqədardır.
Bankın problemli kreditlərinin həcmi 2-ci rüblə 3-cü rüb arasında 10 mln. manat artaraq 57 mln. manata çatıb. Bu isə ümumi kredit portfelində problemli kreditlərin xüsusi çəkisinin 25.8% təşkil etməsi deməkdir.
S.B.
www.oxu.az