Cari ilin yanvar-noyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54.4 milyon manat olub.
Oxu.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.9 milyard manat, yaxud 13.1 faiz çoxdur.
İndiyədək ölkə ərazisində 109 min 611 ədəd belə NKA quraşdırılıb.