Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alqı-satqı və ya icarə müqavilələrinin bağlanmasını həyata keçirən orqanın müəyyən edilməsi barədə qərar verib.
Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən bildiriblər.
Məlumata görə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alqı-satqı və ya icarə müqavilələrinin bağlanmasını həyata keçirən orqan qismində yerli icra hakimiyyəti orqanları müəyyən edilib.