Zaqatalada ötən əsrin 70-ci illərində quraşdırılmış attraksion qırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin mərkəzindəki Heydər Əliyev Parkında qeydə alınıb.
Ötən əsrin 70-ci illərində quraşdırılmış attraksion qırılıb. Qəza baş verən zaman attraksionda bir neçə nəfər olub. Onlardan biri - Əliabad kənd sakini, Cumayeva Gülçöhrə Əhməd qızı yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.