Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 7-də Naftalan şəhərində Goranboy, Tərtər rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşları qəbul edəcək.
Oxu.Az-a nazirlikdən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı oktyabrın 5-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
- Goranboy şəhəri, Heydər Əliyev prospekti-110;
- Tərtər şəhəri, Şıxəli Qurbanov küçəsi-1;
- Naftalan şəhəri, Heydər Əliyev prospekti-1.
U.A.