Nəqliyyat naziri Ziya Məmmədov 2014-cü il 23 iyun tarixində Tovuz şəhərində Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 20 iyun 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq: Tovuz “25 saylı Yol İstismarı İdarəsi” (Tovuz rayonu, Abulbəyli kəndi), Ağstafa “26 saylı Yol İstismarı İdarəsi” (Ağstafa şəhəri, məhəllə-33), Qazax “27 saylı Yol İstismarı İdarəsi” (Qazax şəhəri, N.Nərimanov küç.,117).
Gülnarə Zeynalova
www.oxu.az