Türkiyəli müğənni İrəm Dərici Azərbaycan mahnısını oxuyub.
Oxu.Az xəbər verir ki, müğənni “Nazəndə sevgilim” mahnısını ifa edib. İrəm Dərici həmin mahnını öz yeni albomuna da yerləşdirib.
Qeyd edək ki, mahnının sözləri İslam Səfərliyə, musiqisi isə Andrey Babayevə məxsusdur. Mahnını korifey sənətkarımız Rəşid Behbudov, son zamanlar isə Nadir Qafarzadə, Abbas Bağırov və başqaları ifa ediblər.
Aytən Sadıqzadə
www.oxu.az