Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
13 yaşlı qızını öz sevgilisi ilə görüşdürdü, çılpaq videolarını göndərdi: Beyləqanda dəhşətli olay
Beyləqan rayonunda yetkinlik yaşına çatmamış qıza qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş şəxslərin məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda qızın anası, 1982-ci il təvəllüdlü G.Quliyeva və onun sevgilisi, 1980-ci il təvəllüdlü N.İsmayılova hökm oxunub. N.İsmayılova 18 il 6 ay, qızın anasına isə 18 il həbs cəzası verilib.
Bildirilib ki, hadisə Beyləqanda məcburi köçkünlər üçün salınmış qəsəbələrdən birində baş verib. 2023-cü ildə G.Quliyevanın əri öldükdən sonra o, N.İsmayılovla sevgili olub və mütəmadi olaraq müxtəlif yerlərdə görüşüblər. Bir müddət sonra N.İsmayılov G.Quliyevaya 13 yaşlı qızını bəyəndiyini bildirib və görüş təşkil etməsini istəyib. Qadın sevgilisinin bu istəyini həyata keçirib və qəsəbədən kənarda gecə saatlarında qızını məcburən həmin şəxslə görüşdürüb. Burada ana və sevgilisi qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.
Daha sonra isə N.İsmayılov G.Quliyevadan qızının çılpaq videolarını istəyib. Qadın bunu da edib, görüntüləri həmin şəxsə göndərib.
Dövlət qurumları tərəfindən hadisənin üstü açıldıqdan sonra hər iki şəxs barəsində Cinayət Məcəlləsinin zorlama, uşaq pornoqrafiyası, seksual xarakterli zorakılıq və digər maddələri üzrə cinayət işi başlanılıb.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Məşhur ABŞ-li atlet həyat yoldaşına qarşı zorakılıq etdiyi üçün saxlanılıb
- Belçikasayağı kolonializm: Soyqırımı, azyaşlıların istismarı, etnik təmizləmə
- Bakıda evdən çürümüş qadın meyiti tapıldı
- Azərbaycanda 33 yaşlı kişi ikinci sinif şagirdi ilə intim əlaqədə olmaq istədi
- Nərmini ölümə təhrik edən kişi üç uşaq atası imiş