Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd hadisəsi baş verib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, insident Məmməd Əsədov küçəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü Qurbanov Namiq Firuddin oğlu özünü bıçaqlayaraq öldürmək istəyib. Lakin sonradan özü yaralı vəziyyətdə maşına minərək xəstəxanaya gedib.
Fakt araşdırılır.
A.S.
www.oxu.az