Abşeron rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qətlə yetirilən 33 yaşlı Sahil Nuriyevin qardaşı tatu ustasıdır.
İddialara əsasən, mərhumun qardaşı şəxsiyyəti hələ məlum olmayan bir nəfərə tatu vurub. Lakin xidmətin ödənişi ilə bağlı tərəflər arasında mübahisə yaranıb.
Sonradan mübahisəyə qoşulan Sahil Nuriyev tanımadığı şəxs tərəfindən kürəyindən bıçaqlanıb və ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin dəqiq səbəbləri və digər detallar araşdırılır.
Abşeron rayonunda 33 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, avqustun 12-də saat 22 radələrində Masazır qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsinin "Yeni Bakı" yaşayış kompleksində qeydə alınıb.
Belə ki, 33 yaşlı kişi kürəyindən bıçaqlanıb.
Ağır xəsarət alan şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.