Ağstafa rayonunda avtomobil qəzası baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb.
Nəticədə Dağ Kəsəmən kənd sakinləri – 1994-cü il təvəllüdlü Xəlilov Sərxan İmran oğlu, 1996-cı il təvəllüdlü İbrahimov Məhəmməd Kamil oğlu və surücü 1993-cü il təvəllüdlü Musayev Sərxan Bəhmən oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev