Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 1 000 manat dəyərində qızıl-zinət əşyası və nağd pul vəsaiti naməlum şəraitdə talanıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlə 24 yaşlı M.Abbasov qeyd olunan əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalarla onun qonaq getdiyi qohumun evində zərərçəkənin diqqətinin yayınmasından sui-istifadə edərək oğurluq əməlini törətdiyi məlum olub.
Nərimanov rayonunda isə evlərin birindən 3 060 manat oğurlamaqda şübhəli bilinən 34 yaşlı Ə.Əzizi də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, usta kimi çalışdığı evdən pul vəsaitini talayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.