Bakıda 13 gün əvvəl qadını mənzilində döyərək qətlə yetirmiş Şabran rayon sakini tutulub.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Çiçək Alıyevanı mənzilində döyərək qətlə yetirmiş Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov tutulub.
O, Şabran rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.