Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bloqerin şəklini paylaşıb ərini şantaj etdi
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən S.S.-nin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, S.S. 25 noyabr 2022-ci il tarixdə "Instagram" sosial şəbəkəsində zərərçəkmiş M.M.-in (şərti) arvadının istifadəsində olan hesabında paylaşdığı şəkilləri skrinşot edərək, özünə məxsus olan hesablardan birində paylaşıb. O, həmin şəkillər barədə əxlaqsız, təhqiredici, eləcə də rusvayedici məlumatlar yazıb. S.S. bu yazıların sosial şəbəkədən silinməsi məqsədilə zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb edərək ondan ümumilikdə 295 manat pul alıb.
Məhkəmə iclasında zərərçəkmiş M.M. bildirib ki, həyat yoldaşı bloqerdir, günlərin bir günü qeyri-sosial şəbəkədə qadının şəkillərinin altından lazımsız sözlər yazılıb, sonra paylaşılıb. Digər insanlar da bunu zərərçəkmişə göndərməyə başlayıblar. Sonra zərərçəkmiş M.M. həmin səhifəyə yazıb ki, bunları silsin, orada da həm yoldaşının, həm də uşağının şəkilləri olub. Ondan sonra M.M. özü ona təklif edib ki, bunun qarşılığında nə lazımdırsa, ödəməyə hazırdır, yalnız bunlar silinsin. M.M. qeyd edib ki, şikayətini polis idarəsinə bildirməzdən əvvəl birinci özü istəyib, sonra bu təkrar olunmasın deyə gedib şikayətini edib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə S.S. 3 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında həbs olunub.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
- Nərmini ölümə təhrik edən kişi üç uşaq atası imiş
- Xırdalanda 64 yaşlı qadın hədələndi: Bahalı zinət əşyası talandı
- Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşının cəzası artırıldı
- Təranə Səmədovanın işi Ali Məhkəmədə
- Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR
Rəylər