Hacıqabulda onkoloji xəstə intihar edib.
APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Rəncbər kəndində qeydə alınıb.
Kənd sakini, 1942-ci il təvəllüdlü İbrahimov Alşur Ağalar oğlu özünü yardımçı tikilidə asıb. İntiharın dəqiq səbəbləri hələlik məlum deyil. 78 yaşlı A.İbrahimov onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı Hacıqabul Prokurorluğu tərəfindən araşdırma aparılır.