Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Həbs edilən polkovnik-leytenanta qarşı yeni ittihamlar irəli sürülüb
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Əlişir Süleymanovun cinayət işi ilə bağlı əlavə epizodlar ortaya çıxıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin istintaqın yekununda onun təqsirləndiriləcəyi bütün ittihamlar dəqiqləşib.
Ə.Süleymanova qarşı daha əvvəlki təkrar və külli miqdarda rüşvətalma ittihamlarına əlavə olaraq, külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri üzrə yeni ittihamlar irəli sürülüb.
Təqsiri məhkəmə istintaqı ilə sübuta yetirilərsə, Ə.Süleymanov 12 ilə kimi həbsə məhkum edilə bilər.
Qeyd edək ki, Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı Ə.Süleymanov 6 ay əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizi Baş İdarəsi tərəfindən həbs edilib.