Kürdəmir rayon sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı rayonunun Xırdapay kənd sakini, 1998-ci il təvəllüdlü Əhmədova Süsən Rafael qızı narkotik vasitə ticarəti ilə məşğul olarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az