Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının Tibb-sanitar hissəsinin feldşeri, tibb xidməti leytenantı Namiq Nağı oğlu Sultanovun müəssisəyə daxil olan zaman üzərindən 400 ədəd “Tramadol” həbləri aşkar edilərək götürülüb.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Fakt üzrə araşdırma aparılır.