Bakı sakinindən silah-sursat götürülüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, əməliyyat Baş Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşları tərəfindnə keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Emin İsgəndərov və Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov saxlanılıb.
A.Süleymanovdan nömrəsi silinmiş “AKMS” markalı silah, 55 ədəd patron və RPK pulemyotu üçün nəzərdə tutulmuş disk götürülüb.
Faktla bağlı araşdırma aparılır.