Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Söyüşə görə həmkəndlisini bıçaqlayan şəxs məhkəmə zalından həbs edildi
Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bəylər İnqilablının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 23 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Bəylər İnqilablı örüş-otlaq sahəsindəki yaşayış olmayan köhnə tikilinin arxa hissəsində həmkəndlisi, zərərçəkmiş, 2003-cü il təvəllüdlü Ömər Quliyevlə mübahisə edib. O, zərərçəkmişin onun ünvanına əvvəlcə telefonda danışarkən, sonra isə üzbəüz görüşən zaman nalayiq ifadələr işlətməsindən əsəbiləşib. Sonra Bəylər mətbəx bıçağı ilə Ömərin sol kürək nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.
Daha sonra Bəylər İnqilablı saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalında həbs olunub.
Rəylər