Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 saylı orta məktəbin Azərbaycan dili müəllimi, 1959-cu il təvəllüdlü Sultanova Zemfira Məmməd qızı “Opel-Astra” markalı avtomobillə vurulub.
Ona sol yuxarı ətrafın qapalı sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az