Oktyabrın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının sədri olmuş Tofiq Quliyevin xatirəsi yad edilib.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
İclasda iştirak edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, həmçinin tanınmış bəstəkar, Xalq artisti Tofiq Bakıxanov, o cümlədən ittifaqın katibləri Əməkdar incəsənət xadimləri, professor Zemfira Qafarova, professor Cəlal Abbasov Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfələr bəxş etmiş görkəmli bəstəkarımız haqqında öz xatirələrini bölüşüblər.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
A.S.
www.oxu.az